Qeyri-leqal miqrantlara sürücülük vəsiqələri veriləcək

Nyu-York ştatının Senatında qeyri-leqal miqrantlara sürücülük vəsiqələrinin verilməsi barədə qanun layihəsi qəbul edildikdən sonra ştatın qubernatoru Endrü Kuomo müvafiq qanunu imzalayıb.

Metbuat.az xəbər verir ki, Kuomo qanun layihəsinə davamlı surətdə dəstəyini ifadə etsə də, son anda əndişələndiyini bildirib. Qubernator ştatın nəqliyyat vasitələrinin qeydiyyatı üzrə departamenti tərəfindən toplanmış qeydiyyata alınmayan miqrantlar haqqında məlumatın federal məmurların əlinə düşməsindən və miqrasiya nəzarəti üçün istifadə olunma ehtimalından narahatdır. E.Kuomo sonra Nyu-York ştatının baş prokuroru Barbara Andervuddan bütün risklərin ölçülüb-biçilməsini xahiş edib. Sənədin hüquqi cəhətdən əsaslandırılması təsdiq olunub.

“Yaşıl işıq” adlandırılan qanun layihəsinin tərəfdarları bildirirlər ki, bu qanun sayəsində 265 mindən çox qeyri-leqal miqrant sürücülük vəsiqəsi almaq imkanı əldə edəcək və yol hərəkəti daha təhlükəsiz olacaq, çünki qeyri-leqal miqrantlar nəqliyyatı idarə etmək üçün imtahan verməyə, sığorta almağa və öz nəqliyyat vasitələrini hər il texniki baxışdan keçirməyə məcbur olacaqlar. Qanun cari ilin dekabrında qüvvəyə minəcək. (Azərtac)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR