""Qarabağ" uduzub, Avroliqaya düşsə..." - Rəqibi

""Qarabağ" uduzub, Avroliqaya düşsə..." - Rəqibi
17:05 19 İyun 2019
116 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Partizani"yə uduzub, mübarizəni dayandırsa, yoluna Avropa Liqasında davam edəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, artıq Ağdam təmsilçisinin qitənin ikinci dərəcəli klub turnirindəki potensial rəqibi də müəyyənləşib. 

Qurban Qurbanovun komandası ÇL-də ilk mərhələni keçə bilməsə, Avroliqanın ikinci təsnifat mərhələsində "Şerif" (Moldova) - "Saburtalo" (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Moldova və Gürcüstan təmsilçiləri ÇL-in 1-ci təsnifat mərhələsində üz-üzə gələcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/764421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR