Məşhur modelin bu paylaşımı etirazlara səbəb oldu FOTO

Dünyaca məşhur Fələstin əsilli amerikalı model Bella Hadid bazar günü “İnstagram” hesabının hekayə bölməsində hava limanında ayaqlarını təyyarəyə doğru uzatdığı bir görüntüsünü paylaşıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Hadidin ayaqlarını uzatdığı istiqamətdə quyruqları Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı bayraqlarına boyanan təyyarələrin olması bəzi istifadəçilərin etirazına səbəb olub.

İstifadəçilər Hadidi bayrağa hörmətsizliklə günahlandırıb və “Bella irqçidir” formasındakı haştag qısa zamanda ən çox izlənilənlər sırasına daxil olub.

Bundan sonra həm “Twitter” və “İnstagram hesabında açıqlama edən Hadid “xəta” adlandırdığı bu hadisəyə görə üzr istəyib.

Müsəlman şəxsiyyətini vurğulayan model “paylaşımlarımın kiməsə qarşı nifrət üçün istifadə olunmasını istəmirəm. Xüsusilə də öz gözəl və güclü mirasımdan olanlara qarşı. Ailəmin müsəlman və ərəb olmasına şox dəyər verirəm. Onları günahlandırdığımı düşünənlərdən, xüsusilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən üzr istəyirəm” sözlərini yazıb.


https://metbuat.az/news/1210334/bu-tunel-amerikan-esgerlerinin-qorxulu-kabusudur.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR