Nur-Sultanda Azərbaycan ticarət evi açılacaq

Nur-Sultanda Azərbaycan ticarət evi açılacaq
17:37 19 İyun 2019
78 Dünya
Ölkə mətbuatı
A- A+

2019-cu ilin yanvar-may aylarında azərbaycanlı qeyri-neft məhsulları ixracatçıları ixracın təşviqi proqramı çərçivəsində 5,042 milyon manat vəsait əldə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev deyib.

O qeyd edib ki, bu ilin iyulunda Yekaterinburqda Azərbaycan şərab evi açılacaq. Bundan başqa, Sankt-Peterburqda şərab evinin açılması planlaşdırılır:

"Çinin müxtəlif regionlarında şərab evlərinin açılması ilə bağlı danışıqlar aparılır. İyul ayında İsveçrəyə ixrac missiyası baş tutacaq. Bu ölkədə biznes-forumun keçirilməsi planlaşdırılır".

Y.Abdullayev əlavə edib ki, bu ilin sonunadək Qazaxıstanın paytaxtı Nur-Sultanda Azərbaycan ticarət evinin açılışı olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/764382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR