5 ton qızıl olduğunu iddia etdi, qazıntılar başlanıldı - 7 kral məzarı və xəzinə...

Türkiyənin Təkirdağ bölgəsində maraqlı iddia yayılıb. Ticarətçi olan Yaşar Ağ adlı şəxs evinin yaxınlığındakı ərazidə xəzinə olduğunu iddia edərək səlahiyyətli qurumlardan qazıntı işləri üçün icazə alıb.

Metbuat.az Türkiyə mətbuatına istinadən bildirir ki, qazıntı işləri gedərkən əraziyə polislər nəzarət ediblər. Qazıntı işləri məhəllə insanları tərəfindən maraqla izlənilib. 5 ton qızıl olduğu iddia edilən ərazidə hal-hazırda 7-8 metr dərinliyə qədər qazıntı aparıldığı bildirilib.

Qeyd edək ki, əhali arasında gəzən rəvayətlərə görə, burada 7 kral məzarı və 1 otaq dolusu xəzinə var.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR