Ölkələrin qəribə süfrə mədəniyyətləri

Ölkələrin qəribə süfrə mədəniyyətləri
20:05 15 Yanvar 2015
296 Maraqlı
Ölkə mətbuatı
A- A+

Hər ölkənin mədəniyyəti, adət-ənənələri fərqli olduğu kimi, süfrə mədəniyyəti də fərqlidir. Hər yerin özünəxas adətləri, inancları vardır. Süfrə mədəniyyəti mövzusunda da dünya ölkələrində çox maraqlı və qeyri-adi inanclar və adətlər var. Budur fərqli ölkələrin qəribə vərdişləri:
 
1. Çində yemək yeyərkən yemək çubuqlarını əsla birinə yönəltmək olmaz.
 
2. Koreyada masadakı ən yaşlı adam yeməyə başlamadan heç kəs yeməyə başlamır.
 
3. Çilidə heç nə, hətta pizza da əllə yeyilmir.
 
4. İtaliyada aşpazın yemək bişirmə bacarığını alçaltmamaq üçün əlavə pendir istənilmir.
 
5. Tanzaniyada yemək üçün dəvət olunan evə ən azı 20 dəqiqə gec gedilir. Erkən getmək ev sahibinə hörmətsizlik sayılır.
 
6. Rusiyada isə bıçağınıza bulaşmış yeməyi əsla yalamayın. Çünki bu, kobud bir davranış olaraq qəbul edilir.
 
7. Çində uzun əriştələrdən hazırlanan “noodle” yeməyi ilə bağlı qəribə inanc mövcuddur. Belə ki, çinlilər uzun əriştələri əsla kəsməzlər. Çünki onlar uzun “noodle”ların ömrü təmsil etdiyinə inanırlar. Əgər əriştəni kəssəniz, ömrünüzü qısaltmış sayılırsınız.
 
8. İndoneziyada yemək yeyərkən hər iki əliniz daima masanın üzərində olmalıdır.
 
9. İtaliyada daima ilk yemək təklifinə nəzakətlə “yox” cavabı verilir. İsrar edilərsə, ikinci dəfə mütləq qəbul edilir.
 
10. Yamaykada insanlar hələ danışa bilməyən uşaqlara toyuq əti yedirmirlər. Çünki onlar bu zaman körpələrinin bir daha əsla danışa bilməyəcəklərinə inanırlar.
 
11. Nigeriyada xalq yumurta yeyən uşaqların oğru olacağına inanır. Bu səbəblə eynilə Yamaykada olduğu kimi, uşaqlarına yumurta yedirmirlər.
 
12. Fransada yeməyi sürətlə yemək kobudluq kimi qəbul edilir.
 
13. Yaponiyada yemək çubuqlarını yeməyinizdə dik şəkildə tutmayın. Əks halda, qonaq olduğunuz evin sahibini və ya yemək yediyiniz restoranı lənətləmiş olarsınız.
 
14. Fransada boşqabınızda yemək artıqları buraxmayın və ya qalan yeməyin paketlənməsini istəməyin. Çünki bu zaman yeməyi bəyənmədiyiniz düşünülər.
 
15. Almaniyada əllə yeyilməsi xoş qəbul edilən tək yemək çörəkdir.
 
16. Qazaxıstanda çay fincanın yarısına qədər doldurulmuş halda təklif edilir. Fincanı tam doldurmalarını istəməyin. Çünki bu ölkədə tam dolu fincan getmək istədiyiniz mənasına gəlir.
 
17. Azərbaycanda isə yemək yeyərkən əsla süfrəyə və ya yerə duz dağıtmayın. Çünki bu zaman ev sahibi dava düşəcəyinə inanır. Bunun qarşısını almaq məqsədi ilə dərhal həmin duzun üzərinə şəkər qoyun.
 
18. Misirdə isə duz qabına əl uzatmaq aşpaza təhqir mənasını verir.
 
19. Estoniyada yerə düşən çörək öpülür. Eynilə bizdə olduğu kimi.
 
20. Cənubi Koreyada bir şey içərkən başınızı çevirib uzaqlara baxın.
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/319222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR