Sərvəti 100 milyardı keçən üçüncü adam kim oldu?

Sərvəti 100 milyardı keçən üçüncü adam kim oldu?
18:42 19 İyun 2019
57 Dünya
Ölkə mətbuatı
A- A+

"Louis Vuitton Moët Hennessy" modalar evinin sahibi, fransalı Bernar Arno sərvəti 100 milyard dollar səviyyəsini keçən üçüncü şəxs olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, onun sərvəti 100,4 milyard dollara bərabərdir.

Təkcə son sutka ərzində B.Arno 3 milyard dollar zənginləşib.

Milyarderlər reytinqində Bernar Arno yalnız "Amazon"un təsisçisi Ceff Bezos (119 milyard dollar) və "Microsoft"un keçmiş rəhbəri Bill Geytsdən (106 milyard dollar) geri qalır.

Qeyd olunur ki, Bernar Arnonun sərvəti Fransanın ümumi daxili məhsulunun 3 faizinə bərabərdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/764460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR