Ümumqoşun poliqonunda təlim keçirilib - VİDEO - FOTO

Ümumqoşun poliqonunda təlim keçirilib - VİDEO - FOTO
18:52 19 İyun 2019
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda hərbi birliklərdən birinin təlimi keçirilib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, təlim qoşunların idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin döyüş uzlaşmasının səviyyəsinin artırılması, taktiki əməliyyatlar zamanı fəaliyyətlərin planlaşdırılması, bölmələrin idarə edilməsində qoşun növləri ilə qarşılıqlı fəaliyyətin təşkili və digər məsələləri məşq etdirmək məqsədilə keçirilib.

Təlimlərə cəlb olunan qüvvə və vasitələr qarşıya qoyulan tapşırıqları ardıcıl olaraq yerinə yetiriblər. Motoatıcı, artilleriya, zirehli tank bölmələri, eləcə də hava hücumundan müdafiə vasitələri döyüş atışları icra ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/764463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR