Kürdəmirdə şəxsi təsərrüfatda yanğın olub, 6 heyvan tələf olub

Kürdəmirdə şəxsi təsərrüfatda yanğın olub, 6 heyvan tələf olub
19:02 19 İyun 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunda şəxsi təsərrüfatda yanğın baş verib. 
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Karrar kəndi ərazisində qeydə alınıb. 
Nəticədə həmin kəndin sakini Məhəmməd Qasımova məxsus 30 metrlik çardaqda 5 ton taxıl, 3500 ot bağlaması, 2 baş iribuynuzlu və 4 baş xırdabuynuzlu heyvan yanıb. 
Hadisə yerinə Kürdəmir rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.
Hadisəyə elektrik xətlərində yaranan qısaqapanmanın səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.














Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kurdemirde-sexsi-teserrufatda-yangin-olub-6-heyvan-telef-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR