Yaponiya ilə Azərbaycan arasında viza sadələşdirilməsi istiqamətində işlər aparılır - Səfir

Yaponiya ilə Azərbaycan arasında viza sadələşdirilməsi istiqamətində işlər aparılır - Səfir
19:15 19 İyun 2019
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 26 illik tarixi var və bu müddət ərzində ikitərəfli münasibətlər dostcasına inkişaf edib.

Trend-in məlumatına görə, bunu Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori deyib.

Səfir bildirib ki, iki ölkə arasında enerji sahəsində əlaqələr daha çox inkişaf edib, lakin digər sahələrdə də əməkdaşlıq genişlənməkdədir.

Səfir əlavə edib ki, iki ölkə arasında turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı işlər aparılır. Həm Azərbaycandan Yaponiyaya gedənlərin, həm də Yaponiyadan Azərbaycana gələn turistlərin sayı artmaqdadır.

Səfir vurğulayıb ki, Yaponiya ilə Azərbaycan arasında vətəndaşlar üçün vizanın sadələşdirilməsi istiqamətində işlər aparılır.

Diplomat əlavə edib ki, Yaponiyada yeni imperatorun taxta çıxması ilə bağlı oktyabr ayında keçiriləcək rəsmi ziyafətə Azərbaycandan da nümayəndə heyəti dəvət olunacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3078599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR