Ərəb serialındakı açıq-saçıq səhnələr qalmaqal yaratdı - VİDEO

Ərəb serialındakı açıq-saçıq səhnələr qalmaqal yaratdı - VİDEO
19:17 19 İyun 2019
Ölkə mətbuatı
A- A+

"Netflix"in ilk ərəb serialı "Jinn" açıq-saçıq səhnələrinə görə qalmaqal yaradıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işində sevişmə səhnələrinin yer alması onun qadağan olunması ilə nəticələnə bilər.

İordaniyada çəkilən və ilk beş bölümü yayımlanan serial media tərəfindən əxlaqi dəyərlərin pozulması kimi qələmə verilib.

Sosial mediada da müzakirə yaradan "Jinn"in yayımdan qaldırılması məsələsinə isə "Netflix" rəsmiləri münasibət bildirib.

Onlar bildirib ki, şirkət qanuna uyğun olmayan heç bir iş görməyiblər.

Bəzi istifadəçilər isə "Netflix"in ölkənin qaydalarına hörmət etməsini tələb edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/seriallar/764342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR