"Evimə - "Barselona"ya qayıtmaq istəyirəm" - Neymar

"Evimə - "Barselona"ya qayıtmaq istəyirəm" - Neymar
19:37 19 İyun 2019
118 İdman
Ölkə mətbuatı
A- A+

PSJ-nin hücumçusu Neymar komandadan ayrılmaq istəyir.

Milli.Az qol.az-a istinadən yaydığı xəbərə görə, braziliyalı futbolçu yenidən "Barselona"da oynamaq arzusundadır. 27 yaşlı forvardın artıq bu istəyini Paris klubunun sahibi Nasser Əl-Xəlafiyə çatdırdığı bildirilir. İddiaya görə, Neymar qətərli iş adamına "Daha PSJ-də oynamaq istəmirəm. Evimə qayıtmaq istəyirəm. "Barselona"nı tərk etməməliydim" deyib. 

PSJ rəhbərliyinin də təcrübəli hücumçu ilə yolları ayrımağa hazır olduğu deyilir. Klub rəhbəri Əl-Xəlafi  bir neçə gün əvvəl verdiyi açıqlamada Neymarın PSJ-yə məcbur gətirilmədiyini bilidirib və oynamaq istəməyənə qapının açıq olduğunu deyib.

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə "Barselona"da oynayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/764470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR