Ölənlərimizə ilk gecədə göndərə biləcəyimiz 11 hədiyyə

Ölənlərimizə ilk gecədə göndərə biləcəyimiz 11 hədiyyə
07:12 20 İyun 2019
106 Maraqlı
Ölkə mətbuatı
A- A+

Biz hamımız hansısa əzizlərimizi əldən vermişik və onun qəmini çəkmişik. Onu yada salaraq, dua edərək özümüzdən razı salmağa çalışmışıq. Bu əlaqədə hədislərimiz buyurur ki, əgər ölünü ilk gecədə sevindirmək istəyirsənsə, 11 əməli yerinə yetir. Onlar bu əməllərdir:

1. Həmin şəxsin qəbri üstündə onun günahlarına görə tövbə etmək. Həzrət Peyğəmbər (s) buyurur: "Ölüyə göndərilən hədiyyələr içərisində ən üstünü - istiğfar və bağışlanma istəməkdir. Əgər övladı vardırsa onun istiğfarı başqalarından daha üstündür".

2. Milli.Az deyerler.org-a istinadən bildirir ki, meyit üçün sədəqə vermək. Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, insan öz ölüsünün niyyətilə sədəqə verər, Allah Cəbrayilə (ə) əmr edər ki, 70 min mələk həmin sədəqəni qəbrinə daşısınlar. Hər mələyin əlində bir qab olar ki, qəbrə daşıyarlar. Deyərlər: "Salam olsun sənə! Bu hədiyyə filankəs tərəfindən sənə verilmişdir". Sonra qəbri nurani olar".

3. Meyit üçün dua etmək.

4. Əgər meyitin qəza namazı vardırsa, onu yerinə yetirmək. Əgər qəzası yoxdursa, hədiyyə niyyətilə iki rükət namaz qılmaq.

5. Meyitin ilk gecəsində 40 yoxsul insana yemək vermək.

6. Əgər müqəddəs şəhərlərdə qohumlarınız və ya dostlarınız vardırsa, onlara deyin ki, meyitin niyyətilə hərəmləri ziyarət etsin.

7. Günəş batmazdan əvvəl Aşura ziyarətini oxumaq və savabını ölüyə göndərmək.

8. Vəhşət namazı qılmaq.

9. Ölü üçün Quran oxumaq. Xüsusilə: "Fatihə", "Yasin", "Saffat", "Mulk", "Əhzab", "Ayətül-kürsü".

10. "Mülk" surəsi qəbir əzabından nicat verəndir. Onu qəbrin başında oxumağın fəziləti çoxdur.

11. Qəbrin başında meyyti sevindirmək üçün 7 dəfə "Qədr" surəsini oxumaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/763912.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR