Yunan-Roma güləşi yığmamız Avropa ikincisi oldu

Yunan-Roma güləşi yığmamız Avropa ikincisi oldu
07:27 20 İyun 2019
109 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyanın Faenza şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında yunan-Roma güləş üzrə yarışa yekun vurulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, qitə birinciliyində möhtəşəm çıxış edən yığmamız 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb və 135 xalla Avropa ikincisi olub. Komandamız yalnız 178 xalla Avropa çempionu olan Rusiyadan geri qalıb. Üçüncü yeri isə 117 xal toplayan Gürcüstan tutub.

Xatırladaq ki, millimizin tərkibində Fərid Sadıqlı (45 kq), Məlik Əliyev (48 kq) və Nihat Məmmədli (55 kq) Avropa çempionu olaraq İtaliyada himnimizi səsləndirib. Laçın Vəliyev (92 kq) gümüş, Xasay Həsənli (65 kq) ilə Allahverdi Əliyev (71 kq) isə bürünc medala sahib olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/764541.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR