ABŞ Yaxın Şərq ölkələrinə İranla bağlı kəşfiyyat informasiyası verəcək

ABŞ Yaxın Şərq ölkələrinə İranla bağlı kəşfiyyat informasiyası verəcək
07:33 20 İyun 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk iyunun 19-da Yaxın Şərq turnesinə çıxır. O, İranı müzakirə edəcək və Tehran tərəfindən təhdidlərlə bağlı yeni kəşfiyyat informasiyasını region ölkələrinə verəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Dövlət Departamentinin çərşənbə günü yayılmış xəbərində deyilir.

“O, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Oman və Bəhreyndə ikitərəfli görüşlər keçirəcək. Xüsusi nümayəndə Oman körfəzində bu yaxınlarda iki neft tankerinə hücumlar da daxil olmaqla, regionda İranın təcavüzünü müzakirə edəcək”, - sənəddə deyilir.

Qeyd edilir ki, bundan sonra Huk Avropaya yollanacaq, Böyük Britaniya, AlmaniyaFransadan olan həmkarları ilə Parisdə görüş keçirəcək. Bu görüşün mövzusu da İran olacaq.

Qeyd edək ki, iyunun 13-də Oman körfəzində iki tankerə hücüm edilmişdi. ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı və İsrail hücumlara görə İranı ittiham edib. Tehran ittihamları rədd edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/282371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR