Dövlət Departamenti Xaşoqci işinə görə Ər-Riyadı təhdid edib

Dövlət Departamenti Xaşoqci işinə görə Ər-Riyadı təhdid edib
08:22 20 İyun 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Səudiyyə Ərəbistanının müxalifətçi jurnalisti Camal Xaşoqcinin qətli ilə bağlı işə görə Ər-Riyada qarşı yeni tədbirlər görməyi nəzərdən keçirir.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.
“Səudiyyə hakimiyyəti bütün faktları araşdırmalı və hadisənin bütün iştirakçılarını məsuliyyətə cəlb etməlidir", - deyə məlumatda bildirilir.
İdarədən həmçinin əlavə ediblər ki, Dövlət Departamenti BMT-nin jurnalistin işi üzrə yeni hesabatını araşdırır.
Dövlət Departamentindən qeyd ediblər ki, Xaşoqci işi üzrə yeni faktlar Ər-Riyada qarşı tədbirlərin genişləndirilməsinə gətirib çıxara bilər.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/dovlet-departamenti-xasoqci-isine-gore-er-riyadi-tehdid-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR