Bakıda evdən 600 min manat pul OĞURLANDI

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Əsgərov iyunun 15-də saat 23 radələrində evinə gəlmiş naməlum şəxsin onun 600 manat pulunu və 5 ədəd qol saatını açıq talama yolu ilə apardığını bildirmişdir.

Metbuat.az xəbər verir ki, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmış və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilmişdir.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini Natiq Əzizov 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, maddi sübutlar ondan götürülmüşdür.

Faktla bağlı cinayət işi başlanmışdır.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR