Elmar Məmmədyarov: Azərbaycan QDİƏT-ə üzv olan ölkələrdə sülh, sabitlik və inkişafın artırılması istiqamətində səyləri artırmağa çağırır

Elmar Məmmədyarov: Azərbaycan QDİƏT-ə üzv olan ölkələrdə sülh, sabitlik və inkişafın artırılması istiqamətində səyləri artırmağa çağırır
11:50 20 İyun 2019
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdə sülh, sabitlik və inkişafın artırılması istiqamətində səyləri artırmağa çağırır.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 53-cü plenar sessiyasına təbrik məktubunda deyilir.

Təbrik məktubunda bildirilir ki, bu qurumun fəaliyyəti qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.

E.Məmmədyarov vurğulayıb ki, QDİƏT-in tam hüquqlu üzvü olaraq Azərbaycan üçün ticarət, nəqliyyat, energetika, turizm, kənd təsərrüfatı, İKT sahəsində əməkdaşlıq önəmlidir:

Nazir bildirib ki, bununla yanaşı, Azərbaycan QDİƏT-ə sədrlik etdiyi dövrdə ticarət vasitəsi ilə əlaqələri gücləndirmək və regional ticarətlə bağlı bir sıra tədbirlər həyata keçirib: “Eyni zamanda sərhədlərdən keçmə, əməkdaşlığın inkişafı istiqamətində səylər göstərilib. Ümidvaram ki, növbəti ölkənin sədrliyi dövründə əməkdaşlığın belə vacib sahələri həmişə diqqət mərkəzində olacaq”.

E.Məmmədyarov məktubunda qeyd edib ki, Qara dəniz regionunun rifahı gələcəkdə mehriban qonşuluq, qarşılıqlı anlaşma və tolerantlıq yolu ilə təmin oluna bilər. Onun sözlərinə görə, bu baxımdan İstanbul sammitinin Bəyannaməsində nəzərdə tutulan prinsiplərə uyğun olaraq, Azərbayan QDİƏT dövlətlərdə sülh, sabitlik və inkişafın artırılması istiqamətində səyləri artırmağa çağırır: “Baş Assambleyaya uğurlu işlər arzu edirəm. İnanıram ki, görülən işlər əməkdaşlığımıza təkan verəcək”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3078859.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR