Azərbaycanlı nazir İranın əmək ittifaqlarını əməkdaşlığa çağırıb

Azərbaycanlı nazir İranın əmək ittifaqlarını əməkdaşlığa çağırıb
12:12 20 İyun 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev İranın həmkarlar ittifaqlarını əməkdaşlığa çağırıb. 
“Report” bu barədə İran mətbuatına istinadən xəbər verir. 
Məlumata görə, azərbaycanlı nazir bu çağırışı Cenevrədə (İsveçrə) keçirilən 108-ci Beynəlxalq Əmək Konfransı çərçivəsində iranlı həmkarı Məhəmməd Şəriətmadari (Mohammad Shariatmadari) ilə görüşdə edib. Onun sözlərinə görə, həmkarlar ittifaqları arasında əməkdaşlıq hər iki ölkəyə fayda verə bilər. 
M.Şəriətmadari isə bildirib ki, iki ölkənin nazirliklərinin əməkdaşlığı üçün müxtəlif imkanlar var. İranlı nazirin fikrincə, iki ölkə arasında əməkdaşlıq planının hazırlanması və işgüzar sahədə mübadilə haqqında anlaşma memorandumunun imzalanması əməkdaşlığın nümunələrindəndir.
O, Azərbaycan nümayəndə heyətinin İranın Əməkdaşlıq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi dəvəti ilə Tehrana səfər edəcəyinə ümidvar olduğunu bildirib. Nazir hesab edir ki, İran və Azərbaycan sosial müdafiə, iqtisadi məsələlər və pensiya fondları ilə əməkdaşlıq edə bilərlər.
Xatırladaq ki, 108-ci Beynəlxalq Əmək Konfransı hər il iyunun 10-21-də Cenevrədə keçirilir. Tədbirdə dünyanın müxtəlif ölkələrindən 6 mindən çox qonaq iştirak edir.


Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanli-nazir-i-ranin-emek-ittifaqlarini-emekdasliga-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR