Qanunsuz saxlanılan odlu silahlar və artan insidentlər - VİDEO

Qanunsuz saxlanılan odlu silahlar və artan insidentlər - VİDEO
12:22 20 İyun 2019
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər ölkədə baş verən silahlı insidentlər qanunsuz odlu silah məsələsini yenidən gündəmə gətirib. Ekspertlər deyirlər ki, əhalidə az miqdarda silah qalsa da, istifadə edilməyəcəyinə də heç kim zəmanət verə bilməz. Odlu silah və onun komponentləri Sovetlər Birliyi dağılandan sonra bir qrup insanların əlində cəmləşib.

Milli.Az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Şəmsəddin Əliyev - Sabiq polis rəisi: "Odlu silahların tətbiqi ilə baş verən cinayətlərin sayı dinamikada azalmışdır. Lap iki ədəd də odlu silah varsa, bu, potensial bir təhlükədir. Cəmiyyət üçün, ictimai münasibətlər üçün".

Teymur Baloğlanov - Kriminalist: "Törədilmiş ağır cinayət hadisələri göstərir ki, heç də qanunsuz bütün silah vasitələri aşkar olunub yığılmayıb. Bütün silahların aşakar olunub üzə çıxarılması çox mürəkkəb bir məsələdir".

Odlu silah-sursat, partlayıcı maddələrin vətəndaşlardan yığılması ilə bağlı güzəştlər tətbiq edilsə də, nədənsə, bir çoxları əlində olan, gizlətdiyi bu döyüş vasitələrini könüllü təhvil vermək istəmir. Bunun üçün isə maarifləndirmə işlərinə ehtiyac var.

Teymur Baloğlanov - Kriminalist: "Belə döyüş sursatı, onun komponentləri, partlayıcı maddələr könüllü olaraq hüquq mühafizə orqanlarına təhvil verildikdə heç bir məsuliyyət nəzərdə tutulmur".

Şəmsəddin Əliyev - Sabiq polis rəisi: "Silahın sahibləri onu zibilliyə atıb, anonim şəkildə polisə zəng edirlər. Bir sıra məqamlar cəmiyyətdən gizlədilir, aşkarlıqdan kənardan qalır, amma təbliğat gedir".

Odlu silah və onun hissələrinin qanunusuz yolla əldə etmə, saxlama kimi hallar hüquq mühafizə orqanları tərəfindən müəyyən edildikdə isə cəza qaçılmazdır.

Zor tətbiq etmək kimi odlu silaha əl atmaq da çıxış yolu deyil. Unutmaq olmaz ki, basılan hər bir tətik, açılan bir güllə hər iki insanın həyatını puç edir. Birini həyatdan edir, digərini isə ömürlük mənəvi əzabla yaşadır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/764654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR