Keçmiş prezident rüşvət aldığını qəbul etdi

Beynəlxalq Polis Təşkilatının (İnterpol) keçmiş prezidenti Meng Hongveinin rüşvətdə təqsirləndirilərək çıxarıldığı məhkəmədə günahını etiraf etdiyi iddia olunub.

Metbuat.az xəbər verir ki, Meng məhkəmə tərəfindən vəzifədəykən 2,1 milyon dollar rüşvət almaqda təqsirləndirilirdi. Qeyd edək ki, keçmiş prezident 2018-ci ilin sentyabrında ölkəsi Çinə getmiş və burada həbs edilmişdi.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR