ABŞ və Çin arasında gözlənilən danışıqlar fonunda neft bahalaşır

ABŞ və Çin arasında gözlənilən danışıqlar fonunda neft bahalaşır
13:12 20 İyun 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

İyunun 20-də səhər saatlarında ABŞ və Çin arasında ticarət danışıqlarının bərpa edilməsi, eləcə də OPEC+ ölkələrinin görüşünün gözlənilməsi fonunda neft katirovkaları artıb.
Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.
Saat 9:15-ə olan məlumata görə, "Brent" markalı neftin avqust fyuçersləri London birjasında 62,68 dollar/barel səviyyəsində satılıb və bu çərşənbə gününün bağlanış sessiyasındakı göstəricidən 0,86 dollar (1,39%) çoxdur.
WTI markalı neftin iyul fyuçersləri isə 0,68 dollar (1,26%) artaraq, bir barrel üçün 54,44 dollara çatıb.
Sunqhil Uill Yun deyib.
Qeyd edək ki, iyunun 14-də başa çatan həftə ərzində ABŞ-da neft ehtiyatları 311 milyon barel azalaraq 482,4 milyon barrelə çatıb. Bu azalma göstəricisi ötən beş ilin bu dövrü üzrə orta səviyyədən 7 faiz çoxdur.
ABŞ-da benzin ehtiyatları keçən həftə 1,69 milyon barrel azalıb.
Federal Ehtiyat Sistemin (FED) iyunun 18-19-da keçirilmiş iclasdan sonra tonunun dəyişməsi fonunda ABŞ dollarının bütün əsas valyutalara qarşı zəifləməsi də neft bazarına müəyyən dəstək təmin edir.
"Neft bazarı üçün monetar yox, daha çox büdcə siyasəti daha vacib katalizator rolu oynayır", - "CFRA Research"ün analitiki Stiven Qlikman "MarketWatch"a bildirib.
Çərşənbə günü OPEC+ ölkələrinin qarşıdakı görüşü iyulun 1-2-nə keçirməyi qərara aldıqları məlum olub. Bu görüşdə neft hasilatının məhdudlaşdırılması üzrə sazişin müddətinin uzadılıb-uzadılmaması və hansı şərtlərlə bunun edilməsi barədə qərar qəbul edilməlidir.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/abs-ve-cin-arasinda-gozlenilen-danisiqlar-fonunda-neft-bahalasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR