Ölümsüz hissəciklər kəşf edildi - Alimlər açıqladı

Alimlər araşdırmalar nəticəsində ölümsüz kvant hissəcikləri kəşf ediblər.

Metbuat.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalar nəticəsində müəyyən kvant hissəciklərinin öldükdən sonra yenidən həyata döndükləri məlum olub.

Münhen Texniki Universitetinin fizikləri və "MAx Planck" İnstitutu hissəciklərin ölümsüz olduqlarını sübut etmək üçün bir təcrübə keçiriblər. Termodinamikanın 2-ci qanununa görə heç bir şey sonsuzadək yaşamasa da, bu hissəciklərin öldükdən sonra yenidən birləşdikləri müşahidə edilib.

Araşdırmanın yazarı Ruben Verresen araşdırma haqqında bunları deyib:

"Qarmaşıq bir simulyasiya nəticəsində hissəciklərin öldüyünü ancaq yeni parçacıqların bu dağıntıdan yenidən çıxdığını gördük. Bu ölmə prosesi sürətli şəkildə baş verərsə, müəyyən bir zamandan sonra tərs reaksiya meydana gəlir və dağıntı təkrarən həyata dönür".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR