Bu qidadan yesəniz cinsi zəiflik yaşamarsız - DİQQƏT

30 yaşdan sonra bir çox kişilərdə cinsi zəiflik problemi ortaya çıxır.

Metbuat.az xəbər verir ki, mütəxəssislərin son araşdırması sübut edir ki, cinsi zəifliyi dərman və iynələrsiz də həll etmək olar. Bunun üçün gündəlik qida rasionuna bal əlavə etmək olar.

Məsələn, jenşen bitkisindən arının çəkdiyi bal cinsi problemi çox asanlıqla həll edir. Jenshenin müalicəvi təsiri cinsiyyət orqanının qan dövranını normallaşdırır. Eyni zamanda şabalıd və qarabaşaq balı da potensiyanı gücləndirir. Eyni zamanda həkimlər bildirirlər ki, orxideya və jasmin çiçəklərindən çəkilən bal isə spermanın keyfiyyətini yaxşılaşdırır.

Balı təkcə desert kimi yox, qoz-fındıqla, quru meyvələrlə yemək olar. Eyni zamanda qidalara əlavə etmək də olar. Amma mütəxəssislər qeyd edirlər ki, nəticə əldə etmək üçün baldan hər gün istifadə etmək lazımdır. Gün ərzində 70-100 qramdan çox qəbul etmək olmaz. (ölkə.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR