İtaliya şirkəti Balaxanı Sənaye Parkında faəliyyətə başlamağa hazırlaşır

İtaliya şirkəti Balaxanı Sənaye Parkında faəliyyətə başlamağa hazırlaşır
14:17 20 İyun 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyanın təkər emalı və alternativ enerji istehsalı ilə məşğul olan "BriOil" şirkəti Balaxanı Sənaye Parkında fəaliyyətə başlamağa hazırlaşır. 
Bunu “Report”a “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov bildirib.
Onun sözlərinə görə, bu məqsədlə şirkət layihələndirmə işləri aparıb: "İtaliya şirkətinə məxsus müəssisənin tikintisi 3-4 aya başa çatdırılacaq və obyekt işə düşəcək. Onun illik gücü 7 min ton olacaq. Azərbaycanda avtomobil şinlərinin emalı problem idi, ona görə də bu şirkəti ölkəyə cəlb etmişik. İstehsal edilən məhsullar Azərbaycandan ixrac olunacaq". 
Xatırladaq ki, Balaxanı Sənaye Parkının təməlini 9 dekabr 2012-ci ildə ölkə prezidenti qoyub. Parkada 17 rezidenti var. Onların 19 fəaliyyət sahəsi qeydiyyatdan keçib. 


Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/i-taliya-sirketi-balaxani-senaye-parkinda-faeliyyete-baslamaga-hazirlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR