Metrostansiyada təmir işləri başlayıb - Sərnişinlərin nəzərinə

“Nizami” stansiyasının “LT-3” tipli 3 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb. Müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 110.000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.

Metbuat.az bildirir ki, təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq.

Sentyabr ayında eskalatorların yenidən istismara verilməsi planlaşdırılır.

Qeyd edək ki, “Nizami” stansiyasının 3 saylı eskalatorunda əsaslı təmir işləri sonuncu dəfə 2012-ci ildə aparılıb.

Onu da əlavə edək ki, “Həzi Aslanov” stansiyasında olan “ET-5M” tipli 2 saylı eskalatorun əsaslı təmiri artıq başa çatdırılıb və sərnişinlərin istifadəsinə verilib. (Trend)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR