Rüstəm Usubov Ağstafada 4 nəfərin öldürülməsi hadisəsi barədə açıqlama verib

Rüstəm Usubov Ağstafada 4 nəfərin öldürülməsi hadisəsi barədə açıqlama verib
15:22 20 İyun 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda namus və digər əsaslarla törədilən qəsdən adam öldürmə cinayətlərilə bağlı daim təhlillər aparılır".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.
Onun sözlərinə görə, bunun nəticəsində müəyyən profilaktik tədbirlər görülür, təqdimatlar edilir: "Azərbaycanda qətl hadisələrinin sayı ildən-ilə azalır, cinayətlərin üstünün açılma faizi isə çoxalır".
R.Usubov Ağstafada ölümlə nəticələnən qətl hadisə ilə bağlı danışarkən qeyd edib ki, ailələr arasında uzun müddətli dava olub: "Vəzifəli şəxslər vaxtı ilə ailələrlə ciddi söhbətlər apararaq onları həmişə barışığa dəvət edib. Zamanında buna nail olunmuşdu. Bunun nəticəsində alınan cəzalar azaldılmışdı. Aradan uzun müddət keçməsinə baxmayaraq, Elnur Süleymanov qisas almaq niyyətinə düşüb və cinayəti törədib. Hazırda Səhiyyə Nazirliyi yaralıların səhhəti ilə məşğul olur".


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/rustem-usubov-agstafada-4-neferin-oldurulmesi-hadisesi-barede-aciqlama-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR