Ali komissar: "Bəzi ölkələr qayıqları sularda batan qaçqınların xilas edilməsinə maneçilik törədirlər"

Ali komissar: "Bəzi ölkələr qayıqları sularda batan qaçqınların xilas edilməsinə maneçilik törədirlər"
15:42 20 İyun 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

“Bəzi ölkələr sığınacaq əldə etməyin əlçatan olmasına əngəl törədən məhdudiyyətlər tətbiq edirlər”.
“Report”un məlumatına görə, bunu BMT-nin qaçqınlar üzrə ali komissarı Flippo Qrandi Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar etdiyi müraciətində bildirib.
Ali komissarın Bakıda keçirilən tədbirdə səsləndirilən məktubunda qeyd edilib ki, bəzi ölkələr qayıqları sularda batan qaçqınların xilas edilməsinə əngəl törədirlər: “Sülh danışıqları ləng gedir və nəticə vermir. Baxmayaraq ki, zorla didərgin salınmış insanların sayı (70 milyondan artıq) indiyə qədər qeydə alınan bütün rəqəmlərdən yüksəkdir. Biz dünyanı sizə dəstək üçün səfərbər etməyin ən yaxşı yollarını işləyib hazırlamışıq. Bunlar kifayətdirmi? Xeyr! Qaçqınların üçüncü ölkələrdə məskunlaşma üçün ehtiyac duyduqları yerlərin sayı hələ də çox azdır. Maliyyələşdirmənin səviyyəsi olduqca aşağıdır”.
Ali komissar müraciətində vurğulayıb ki, bir çox səxavətli ölkələr və icmalar əvvəlki tək qonaqpərvərlik nümayiş etdirirlər: “Həmçinin inkişaf sektorunda və özəl sektorda olan yeni tərəfdaşlar vəsait və təcrübələrini təklif edirlər. Sıravi insanlar ianələrlə yardım edir və könüllü qismində çalışırlar. Humanizm öz mövqeyini qətiyyətlə qoruyur. Buna görə də bu, Ümumdünya Qaçqınlar Günündə bizim ümidimiz olmalıdır”.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/ali-komissar-bezi-olkeler-qayiqlari-sularda-batan-qacqinlarin-xilas

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR