Ermənistan prokurorluğu daşa tutuldu

Ermənistan prokurorluğu daşa tutuldu
20:22 15 Yanvar 2015
46 Dünya
Ölkə mətbuatı
A- A+

Gümrüdə prokurorluq binası qarşısında yüzlərlə insan toplaşıb.
Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, toplaşanlar bir ailənin 6 üzvünü öldürən qatilin məhkəməsini məhz ölkə hüquq-mühafizə orqanlarının aparmasını tələb ediblər.
 
Etirazçılar prokurorluq binasına dəvət edilsələr də, bundan imtina ediblər.
Bu zaman polislə nümayişçilər arasında qarşıdurma yaranıb. Etirazçılar binanı daşa tutublar.

Qeyd edək ki, bazar ertəsi Ermənistanın Gümrü şəhərində 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Qətli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakov törədib. Rusiya sərhədçiləri tərəfindən ələ keçirilən V.Permyakov artıq günahını etiraf edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR