Smartfonlar üçün sürətli enerjidoldurma texnologiyası təqdim edilib

Smartfonlar üçün sürətli enerjidoldurma texnologiyası təqdim edilib
16:35 20 İyun 2019
Ölkə mətbuatı
A- A+

Çinin “Vivo” şirkəti smartfonlarının enerji ilə doldurulması üçün “Super FlashCharge” texnologiyasını təqdim edib. 120 vatt gücündə texnologiya 4000 milliamper/saat tutuma malik smartfonun akkumulyatorunu 13 dəqiqə ərzində enerji ilə doldurmağa imkan verir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, “Vivo” şirkətinin məlumatına görə, akkumulyatorun 50% şarjını doldurmaq üçün 5 dəqiqə vaxt lazımdır. Hazırda bu, smartfonların enerji ilə doldurulması üçün ən sürətli texnologiyadır.

 

Cari ilin martında “Xiaomi” şirkəti tərəfindən təqdim edilmiş 100 vatt gücündə “Super Charge Turbo” texnologiyası 4000 milliamper/saat tutuma malik akkumulyatoru 17 dəqiqə ərzində enerji ilə doldurmağa imkan verir.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-61423-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR