Vüsal Hüseynov: "İnkişaf etmiş ölkələr, beynəlxalq təşkilatlar münaqişələrin həllinə dəstəyi artırmalıdır"

Vüsal Hüseynov: "İnkişaf etmiş ölkələr, beynəlxalq təşkilatlar münaqişələrin həllinə dəstəyi artırmalıdır"
16:57 20 İyun 2019
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Hesab edirəm ki, inkişaf etmiş ölkələr, böyük beynəlxalq təşkilatlar münaqişələrin həllinə dəstəklərini artırmalıdırlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 20 iyun - Ümumdünya Qaçqınlar Günü münasibətilə keçirilən tədbirdə çıxış edən zaman deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatların fəaliyyətinin genişlənməsi, dövlətlərin gördüyü tədbirlərin çoxalması, dünyanın resurslarla zənginləşməsi fonunda əslində dünyadakı qaçqınların sayı azalmalı idi:

"Ancaq təəssüf ki, biz bu sayda nəinki azalma, hətta artım görürük. Son 20 ildə dünyada qaçqınların sayı təxminən 60 faiz artıb və onların sayı 70 milyonu ötüb. Bunun 40 milyonu məcburi köçkünlər, 25 milyonu qaçqınlar, 3,5 milyonu sığınacaq axtaran şəxslərdir. Təbii ki, bu artmanın səbəbləri bizə məlumdur. Hesab edirəm ki, bu problemin kiçik bir hissəsidir. Qaçqınlar və məcburi köçkünlər dünyada baş verən proseslərin bir hissəsidir. Dünyada qaçqın olan 70 milyon şəxsin heç bir günahı yoxdur ki, onlar ədalətsiz vəziyyətlə rastlaşıblar. Qaçqın problemləri ilə məşğul olan təşkilatlar digər təsisatlara, aparıcı dövlətlərə təsir etməlidirlər ki, onlar münaqişənin həllinə kömək olsunlar. Həmin dövlətlər də öz resurslarını səfərbər etməlidirlər ki, nəticələr aradan qaldırılsın, tədbirlərin səmərəliliyi artsın".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/764807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR