Vüsal Hüseynov qaçqın problemləri ilə məşğul olan təşkilatlara müraciət edib

Vüsal Hüseynov qaçqın problemləri ilə məşğul olan təşkilatlara müraciət edib
17:07 20 İyun 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

“Qaçqın problemləri ilə məşğul olan təşkilatlar digər təşkilatlara və aparıcı dövlətlərə təsir etməlidirlər ki, onlar münaqişənin həllinə kömək etsinlər”.
“Report” xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Bakıda Ümumdünya Qaçqınlar Günü münasibətilə keçirilən tədbirdə deyib.
O bildirib ki, beynəlxalq təşkilatların fəaliyyətinin miqyasının genişlənməsi dövlətlərin gördüyü tədbirlərin çoxalması, dünyanın resurslarla zənginləşməsi nəzərə alınsaydı, dünyadakı qaçqınların sayı azalmalı idi: “Ancaq təəssüf ki, biz bu sayda nəinki azalma, hətta artım görürük. Son 20 ildə qaçqınların sayı təxminən 60 faiz artıb. Dünyadakı qaçqınların sayı 70 milyonu ötüb. Təbii ki, bu artmanın səbəbləri bizə məlumdur”.
V.Hüseynov xatırladıb ki, dünyada 40 milyon məcburi köçkün, 25 milyon qaçqın, 3,5 milyon sığınacaq axtaran şəxs var: “Qaçqınlar və məcburi köçkünlər dünyada baş verən proseslərin bir hissəsidir. Dünyada qaçqın olan 70 milyon şəxsin heç bir günahı yoxdur ki, onlar dünyadakı ədalətsiz vəziyyətlə rastlaşıblar. Həmin dövlətlər də öz resurslarını səfərbər etsinlər ki, nəticələr aradan qaldırılsın, tədbirlərin səmərəliliyi artsın. Dünya üzrə qaçqınların 85 faizi inkişaf etməkdə olan ölkələrdə məskunlaşıblar. Hesab edirəm ki, inkişaf etmiş ölkələr, böyük beynəlxalq təşkilatlar bu proseslərdə daha məsuliyyətli olmalı, dəstəklərini artırmalıdırlar”.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/vusal-huseynov-qacqin-problemleri-ile-mesgul-olan-teskilatlara-muracie

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR