YARAT Müasir İncəsənət Məkanı ARTIM Layihə Məkanının yeni ünvanında ilk sərgisini keçirib - FOTO

YARAT Müasir İncəsənət Məkanı ARTIM Layihə Məkanının yeni ünvanında ilk sərgisini keçirib - FOTO
17:47 20 İyun 2019
Ölkə mətbuatı
A- A+

YARAT Müasir İncəsənət Məkanı ARTIM Layihə Məkanının yeni ünvanında ilk sərgisini həyata keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Kuratorlar üçün açıq müsabiqə"nin qalibi seçilmiş Ehtiram Jabinin layihəsi olan "Dadaş Adna: Love me" adlı multidistiplinar sərgi əcəri məkanı yeni formatda təqdim edir.

"Dadaş Adna: Love me" sərgisi Dadaş Adnanın yaradıcılığının tam spektrini əhatə edərək - fotoqrafiya, video, plakat, şeir və rəsmlərini bir araya gətirir. Çoxlarının onu sosial şəbəkələr vasitəsilə tanımasını nəzərə alaraq, sənətkarın şəxsi həyatı çoxları üçün sirr olaraq qalıb. Əsasən çəkdiyi fotoşəkillər və yazdığı şeirləri ilə tanınan Adnanın həyat və bütün yaradıcılığı sevgi hissi ilə zəngindir. "Love me" - onun bu dünyaya olan ismarıcı, çağırışı və ən əsas gözləntisi olaraq, sərginin əsas məğzini təşkil edir.

Sərginin açılışında Dadaş Adnanın yaxın dostu olmuş, VİESULAS adı ilə çıxış edən müğənni, bəstəkar və şair Vüsal Rzasoyun "Full moon man" adlı müəllif konserti baş tutub.

Sərginin müddəti: 12 iyun - 12 iyul, 2019
Məkan: ARTIM Layihə Məkanı
Ünvan: İçərişəhər, Kiçik Qala küç., 5
Giriş sərbəstdir

Ətraflı məlumat
http://www.yarat.az/index.php?lang=az&page=12&yrtMaincatID=12&yrtSubcatID=0&yrtEventID=2140

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/764817.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR