Heydər Əliyev Fondu aktyorun müalicəsini üzərinə götürdü

Heydər Əliyev Fondu aktyorun müalicəsini üzərinə götürdü
19:18 20 İyun 2019
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Fondu serroz xəstəliyindən əziyyət çəkən Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimovun müalicəsini üzərinə götürüb.

Bunu "Report"a açıqlamasında teatrın mətbuat katibi Leyla Eynullayeva deyib.

O qeyd edib ki, aktyora qaraciyər köçürüləcək.

L.Eynullayevanın sözlərinə görə, teatr rəhbərliyi mütəmadi olaraq Y.Səlimovun səhhəti ilə maraqlanır: "Hazırda müalicə davam edir. Bu məsələ Sumqayıt Şəhər İcra Hakimiyyətinin diqqət mərkəzindədir. Müayinə, müalicə zamanı bütün dərmanlar ödənişsiz təmin olunur. Hazırda donorun analizlərinin cavabı gözlənilir. Nəticələr əldə edilən kimi Heydər Əliyev Fondunun yardımı ilə aktyora Azərbaycan xəstəxanalarından birində qaraciyər köçürüləcək".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/282458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR