"PSJ" Neymara fantastik qiymət qoydu

Fransanın “PSJ” klubu oyunçusu Neymara fantastik transfer qiymət müəyyənləşdirib.

Metbuat.az xəbər verir ki, braziliyalı futbolçunu transfer etmək istəyən klub 300 milyon avro təzminat ödəməli olacaq.

Xarici KİV-də yer alan xəbərə görə, "Barselona" sabiq futbolçusu ilə maraqlansa da, Neymar üçün bu məbləği ödəmək fikrindən uzaqdır. “Katalon” klubu bir qədər pul və üç futbolçu - Samuel Umtiti, İvan Rakitiç və Usman Dembeleniqarşı tərəfə verməklə transferi reallaşdırmaq istəyir.

Qeyd edək ki, 27 yaşlı forvard 2017-ci ildə "Barselona"dan 222 milyon avroya “PSJ”-yə transfer olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR