İran cavab verdi: ABŞ-ın istənilən…

İran cavab verdi: ABŞ-ın istənilən…
21:48 20 İyun 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

İran istənilən təcavüzə qətiyyətlə cavab verməyə hazırdır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu İran Milli Ali TəhlükəsizlikŞurasının sözçüsü Keyvan Xosrəvi pilotsuz təyyarənin məhv edilməsinə ABŞ-ın mümkün cavabını şərh edərkən deyib.

Onun sözlərinə görə, ABŞ-ın pilotsuz təyyarəsi İranın hava məkanını pozub.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Amerika pilotsuz uçuş aparatının İran tərəfindən vurulmasını “böyük səhv” adlandırıb.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçilər Korpusu ölkənin cənub hissəsində İranın hava məkanını pozan Amerika pilotsuz təyyarəsini vurduqlarını açıqlayıb. ABŞ Silahlı qüvvələrin Mərkəzi Komandanlığı (CENTCOM) isə təyyarənin İran zenit-raket kompleksi tərəfindən Hörmüz boğazının üzərində vurulduğunu bəyan edib.

ABŞ administrasiyadakı mənbələrə istinadən NBC telekanalının xəbərinə görə, cümə günü Ağ Evdə müşavirə keçiriləcək. Müşavirədə İranın hərəkətlərinə cavab variantları müzakirə ediləcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/282468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR