Uşaq pulu ilə bağlı müzakirə gedir, yaxşı xəbər olacaq

Uşaq pulu ilə bağlı müzakirə gedir, yaxşı xəbər olacaq
22:05 20 İyun 2019
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda uşaq pulu ilə bağlı məsələlər müzakirə olunur".

Milli.Az xəbər verir ki, bunu millət vəkili Səyavuş Novruzov REAL TV-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, Avropa və Asiya ölkələrinin bu sahədəki təcrübələri öyrənilir: "Müzakirələr yekunlaşdıqdan sonra bu məsələlər öz həllini tapacaq".
Qeyd edək ki, artıq xeyli müddətdir ki, uşaq pulu ilə bağlı məsələ müzakirə olunur. Azərbaycan Prezidenti İlham Əliyev də, 3 yaşınadək uşaqların sosial müdafiəsinin gücləndirilməsi barədə tapşırıq verib. Təkliflərdə də uşaqların yaş qruplarına görə təsnifləşdirilməsi və 3 yaşınadək uşaqlara daha çox sosial müavinətin verilməsi qeyd olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/764876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR