Uşaq pulu ilə bağlı müzakirə gedir, yaxşı xəbər olacaq

"Azərbaycanda uşaq pulu ilə bağlı məsələlər müzakirə olunur".

Metbuat.az xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov REAL TV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avropa və Asiya ölkələrinin bu sahədəki təcrübələri öyrənilir: "Müzakirələr yekunlaşdıqdan sonra bu məsələlər öz həllini tapacaq".

Qeyd edək ki, artıq xeyli müddətdir ki, uşaq pulu ilə bağlı məsələ müzakirə olunur. Azərbaycan Prezidenti İlham Əliyev də, 3 yaşınadək uşaqların sosial müdafiəsinin gücləndirilməsi barədə tapşırıq verib. Təkliflərdə də uşaqların yaş qruplarına görə təsnifləşdirilməsi və 3 yaşınadək uşaqlara daha çox sosial müavinətin verilməsi qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR