Hacıqabulda narkotacir saxlanılıb

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində qətiyyətli tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilən Rafiq Bədəlov saxlanılıb. Onun üzərində axtarış keçirilən zaman 1,657 qram heroin aşkar edilərək götürülüb.

Əməliyyat tədbirinin davamı olaraq ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 6 çətənə kolu aşkarlanıb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR