Bu şəhərdə 5G şəbəkəsi ilə təchiz olunan avtobus xətti istifadəyə verilib

Bu şəhərdə 5G şəbəkəsi ilə təchiz olunan avtobus xətti istifadəyə verilib
00:47 21 İyun 2019
104 Maraqlı
Ölkə mətbuatı
A- A+

Çinin sahil şəhəri və turizm mərkəzlərindən olan Çindao şəhərindəki avtobus xətlərindən biri 5-ci nəsil mobil rabitə (5G) şəbəkəsi ilə təchiz olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Çindaonun əsas turizm məkanlarını birləşdirən 12 kilometrlik 468 nömrəli marşrut xəttində hərəkət edən avtobusların sərnişinləri 5G siqnalından, sonuncu nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən smartfonu olmayanlar isə 5G-yə əsaslanan "Wi-Fi" siqnalından istifadə etməklə yüksək sürətli internetə çıxış əldə edə bilirlər. Layihə ölkənin ən böyük mobil rabitə operatoru "China mobile" və telekommunikasiya şirkəti "Huawei"in dəstəyi ilə reallaşıb.

Sərnişindaşıma şirkəti gələcəkdə marşrut xəttindəki daha çox avtobusları 5G siqnalı ilə təchiz etməyi, habelə yeni nəsil mobil rabitə şəbəkəsinin imkanlarından istifadə etməklə xidmətin keyfiyyətini yüksəltməyi hədəfləyib. Buraya, həmçinin sürücüsüz avtobusların xəttə buraxılması da daxildir.

Qeyd edək ki, ilin əvvəlində Çinin Cinan və Çunçin şəhərlərində 5G şəbəkəsi vasitəsilə idarə olunan sürücüsüz avtobuslar test edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/764742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR