Ufoloqlardan həyəcan təbili - Nibiru planeti hücuma keçir

Ufoloqlardan həyəcan təbili - Nibiru planeti hücuma keçir
01:32 21 İyun 2019
108 Maraqlı
Ölkə mətbuatı
A- A+

İks planeti yenə Yerə təhdid yaradıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bəzi alimlərin fikrinə əsasən, Nibirudan ayrılan iki peyk artıq Yerə doğru istiqamət alıb. Konspiroloqların fikrinə əsasən, faciənin önünə keçmək mümkün olmayacaq.

Səma cisimləri planetimiz boydadır. Bu barədə bir neçə gün əvvəl məlumat üzə çıxıb. Ufoloqlar Nibiruda iki dəlik aşkar ediblər. Onların fikrinə görə, planetin iki peyki ayrılaraq Yerə doğru gəlir. Toqquşma planetimizin orbitdən çıxması ilə nəticələnə bilər və bu da bəşəriyyət üçün əsl faciəyə çevriləcək.

Amma biz də kosmik elmlərlə az-maz maraqlandığımız üçün deyirik ki, heç bir hadisə olan deyil. Çünki ufoloqlar və bəzi alimlər artıq bir neçə dəfədir ki, cəmiyyəti Nibiru ilə qorxudurlar, Qiyamət günü barədə məlumat yayırlar. Amma hələ də qorxulu heç bir hadisə baş verməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/764622.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR