"Cümhuriyyət" qəzeti ilə bağlı istintaq başlanılıb

"Cümhuriyyət" qəzeti ilə bağlı istintaq başlanılıb
20:28 15 Yanvar 2015
109 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir Məftun Salmanov/

"Charlie Hebdo" nəşrinin karikaturalarını yayımlayan Türkiyənin "Cümhuriyyət" qəzeti ilə bağlı rəsmi təhqiqata başlanılıb.

Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, istintaqı İstanbul prokurorluğu aparır.

İstintaq tədbirləri Cinayət Məcəlləsinin "Xalqı kin və düşmənçiliyə təhrik etmə və ya təhqir etmə" maddəsi əsasında görülür.

Digər tərəfdən, indiyədək prokurorluğa karikatura məsələsi üzrə cinayət işinin açılması bağlı 100-ə yaxın müraciət daxil olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2353789.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR