Tramp İran tərəfindən vurulan pilotsuz aparat barədə danışıb - "Yaxında görəcəksiniz"

ABŞ prezidenti Donald Tramp İranın ABŞ-a aid pilotsuz aparatı vurması barədə açıqlamalar verib.

Metbuat.az bildirir ki, dünən məsələ ilə bağlı "Ağ Ev"də jurnalistlərin suallarını cavablandıran Donald Tramp İranın ABŞ-a aid pilotsuz təyyarəni vurması barədə deyib:

"Çox böyük bir səhv etdilər. Pilotsuz uçuş aparatı beynəlxalq hava sahəsində idi, elmi olaraq bunun sübutları bizdə var."

Tramp İrana hücumla bağlı verilən sualı belə cavablandırıb: "Yaxında görəcəksiniz".

Həmçinin Tramp bidlrib ki, uçuş aparatının vurulmasının bilərəkdən olduğuna inanmır:

"Düşünürəm ki, general və ya başqa biri yanlış qərar verib. Yaxşı ki, təyyarədə pilot yox idi. Əgər olsaydı, böyük fərq olardı. Hiss edirəm ki, bu birinin etməməsi olduğu halda etdiyi səhv idi".

Qeyd edək ki, İran İnqilab Mühafizləri Ordusu səhər saatlarında Oman körfəzində ABŞ-a aid "RQ-4 Global Hawk" tipli pilotsuz uçuş aparatını raketlə vurmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR