"Bu tarz benim"lə bağlı məhkəmə olacaq

"Bu tarz benim"lə bağlı məhkəmə olacaq
20:31 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

"Bu Tarz Benim"in aid olduğu şirkət "Production House" proqramın format hüququnun "Show TV"yə aid olması iddialarının məhkəmə tərəfindən qəbul edilmədiyini açıqlayıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, şirkət telekanalda eyni adla başlayan proqramın dayandırılması üçün hüquqi işlərə başladıqlarını vurğulayıb:

"Show TV-də eyni ad və formatla 19 yanvarda yayımlanacaq yarışma hüquqlarımızın icazəsiz istifadəsi olduğu üçün məhkəməyə müraciət edəcəyik. "Bu tarz benim"in əsl variantı isə bütün münsif, aparıcı və yaradıcı heyəti ilə TV8-də davam edəcək".

Xatırladaq ki, keçən ilin sonunda Acun İlicalı verilişi TV8-ə transfer etsə də, "Show TV" də proqramın eyni adla və formatla yayınlanmasına qərar verib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR