"Mukemmel tehsil olarsa, Azerbaycan hemise qalib gelecek" - FOTO

"Mukemmel tehsil olarsa, Azerbaycan hemise qalib gelecek" - FOTO
20:32 15 Yanvar 2015
145 Sosial
Ölkə mətbuatı
A- A+

Yanvarin 15-de "Kaspi" liseyinde "Milli yaddas tariximiz" movzusunda tarix elmleri doktoru, professor, Azerbaycan Milli Elmler Akademiyasinin muxbir uzvu, millet vekili Yaqub Mahmudlu ile gorus kecirildi. Milli.Az kaspi.az-a istinaden xeber verir ki, liseyin tesiscisi Sona Veliyeva Y.Mahmudlunun heyat yolu ve yaradiciligi haqqinda sagirdlere genis melumat vererek bildirdi ki, tarixci-alim butun omru boyu Azerbaycanin kecmisini, dovletcilik tarixini ve enenelerini oyrenerek sanballi eserler yazib. "O, boyuk alim olmaqla yanasi, Azerbaycani seven boyuk vetendasdir" - deyen S.Veliyeva bu gorusun sagirdlerde mili dusuncenin ve vetenperverlik hissinin formalasmasinda boyuk ehemiyyet kesb edeceyini vurguladi.

Alimi Azerbaycanin canli ensiklopediyasi adlandiran S.Veliyeva bildirdi ki, Y.Mahmudlu hele sovet dovrunde Azerbaycan tarixinin mili dusunce zemininde arasdiran alimlerden biri olmusdur. Onun Agqoyunlu dovletinin Avropa olkeleri ile qarsiliqli elaqelerine dair yazdigi namizedlik, daha sonra doktorluq dissertasiyalari tarixsunasligimizi zenginlesdirmekle yanasi, onun ufuqlerini de genislendirdi. Alimin "Seyyahlar, kesfler, Azerbaycan", "Seyyahlar Azerbaycana gelir", "Odlar Yurduna seyahet", "Azerbaycan diplomatiyasi tarixi" kimi kitablari hem olkemizin siyasi tarixini oyreden zengin menbe olmaqla yanasi, ozunde milli ruhu dasiyan ideoloji konsepsiyalardir. Onun hele sovet dovrunde ensiklopediyanin hazirlanmasi zamani Azerbaycanin tarixi xeritelerinin tertib edilmesi ve derci sahesinde fealiyyeti yuksek qiymetlendirilmelidir. 2004-cu ilde Y.Mahmudlu Azerbaycan Milli Elmler Akademiyasinin Tarix Institutunda direktor kimi fealiyyete basladiqdan sonra ise tarix elmimizin tedqiqatlarinda ve oyrenilmesinde inqilabi deyisiklikler bas verdi. Yeni konsepsiya esasinda aparilan tedqiqatlar, qadagan olunmus movzularin islenilmesi tarixin ag lekelerini sildi ve mili yaddasimizi yeniledi. Iki cildde Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasinin hazirlanmasi, Irevan ve Naxcivan xanliqlarinin tarixinin yazilmasi, habele orta mekteblerin tarix dersliklerinin hazirlanmasi Y.Mahmudlunun adi ile baglidir.

Y.Mahmudlu hemcinin uzun iller Baki Dovlet Universitetinin Tarix fakultesine rehberlik etmis, tarixci kadrlarin hazirlanmasinda oz emeyini esirgememisdi. Hem alim, hem de pedaqoq kimi onun fealiyyeti Azerbaycanin mili-menevi deyerlerinin yasadilmasina, teblig edilmesine, dovletcilik ideyalarimizin qorunub saxlanilaraq gelecek nesillere catdirilmasina hesablanmisdi.
Onun fealiyyeti dovletimiz terefinden daim yuksek qiymetlendirilmis, muxtelif orden ve medallarla, hemcinin Dovlet Mukafati ile teltif olunmusdur.

S.Veliyeva bildirdi ki, Yaqub Mahmudlu hemcinin "Kaspi" liseyinin Ictimai Surasinin uzvlerinden biridir. Bundan sonra her ay mili-menevi deyerlerimizin tebligi ile bagli liseyde sagirdlerle elm ve fikir adamlarinin goruslerinin kecirilmesi planlasdirilir. Meqsed "Kaspi" liseyinin oz devizine sadiq qalmasidir – "Mukemmel mili tehsil amalimizdir". S.Veliyeva elave etdi ki, tehsil o zaman effektli ve prinsipial olur ki, onun esasinda mili-ideoloji konsepsiya dayansin. Lisey mehz bu prinsipleri rehber tutaraq fealiyyet gosterir.

"Mukemmel tehsil olarsa, Azerbaycan hemise qalib gelecek", - deyerek soze baslayan Y.Mahmudlu "Kaspi" liseyini Azerbaycan orta mektebleri arasinda numunevi oldugunu bildirdi. Sagirdler oz tarixlerini tekce oyrenmekle kifayetlenmemeli, hem de ona sahib cixmalidirlar. Tarixine sahib cixan xalq meglubedilmezdir. Y.Mahmudlu bildirdi ki, bu gun musteqil Azerbaycanin inkisafi ucun her cur serait var. Esasi ulu onder Heyder Eliyev terefinden qoyulan musteqil dovletciliyimiz bu gun prezident Ilham Eliyev terefinden ugurla idare edilir ve cenab prezidentin siyasetini xalq hemise regbetle qarsilayir, destekleyir. Bu gun dunyada bas veren gergin siyasi hadiseler, qarsidurmalar fonunda, hemcinin qonsu regionlardaki gerginliklere baxmayaraq, musteqil Azerbaycan inkisaf edir. Azerbaycan Cenubi Qafqazin lider dovleti kimi qiymetlendirilir.

"Musteqilliyimiz en boyuk nailiyyetimizdir", - deyen tarixci alim sagirdleri milli deyerlerimize soykenmeye, tariximize hemise genis diqqet ayirmaga cagirdi. "Ulu onder Heyder Eliyev deyirdi ki, biz qlobal cagirislara cavab vermeliyik, lakin milli-menevi deyerlerimizi de unutmaq olmaz. Bu, tek biz tarixcilerin yox, hem de butun Azerbaycan vetendaslarinin uzerine boyuk mesuliyyet hissi qoyur. Oz mili kimliyimizi qorumaq ve muasir cagirislara cavab vermeyin ise yalniz bir yolu var - bu yol mukemmel tehsilden kecir. "Kaspi" liseyi milletin ballarini mehz bu ruhda yetisdirdiyi ucun cox sevinirem".

Y.Mahmudlu daha sonra bildirdi ki, bu gun dunya zekayla, beyinle feth olunur. Ancaq tekce bilikli olmaq azdir, vetenin adini ugaltmaq ucun eyni zamanda, boyuk azerbaycanli olmaq lazimdir. "Kaspi" liseyini "mayak" adlandiran tarixci-alim Azerbaycani gelecek qelebelere bilikli insanlar aparacaq deye fikrini yekunlasdirdi.

Gorusun sonunda Yaqub Mahmudluya "Kaspi" liseyi adindan xatire plaketi hediyye olundu.

Milli.Az















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR