Bakıda "Mercedes"lə 75 yaşlı kişini vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Allahverdiyev Vüsal Tahir oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən Səbail rayonu, Badamdar şosesi 112 saylı ünvanın qarşısında 1944-cü il təvəllüdlü Hüseynov Qəşəm Dadaş oğlunu vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.(TREND)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR