“Yupiter” sürən Qusar sakini qəza törətdi, öldü

Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az bildirir ki, Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 20-də saat 16 radələrində Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində kənd sakini Əliağa Ağakişiyevin idarə etdiyi “Yupiter” markalı motosikletlə Bakı şəhər sakini V.Osmanovun idarə etdiyi “Hyundai” markalı avtomobil toqquşub.

Nəticədə Ə.Ağakişiyev hadisə yerində ölüb.

Qusar RPŞ tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR