“Yupiter” sürən Qusar sakini qəza törətdi, öldü

“Yupiter” sürən Qusar sakini qəza törətdi, öldü
17:47 21 İyun 2019
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, iyunun 20-də saat 16 radələrində Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində kənd sakini Əliağa Ağakişiyevin idarə etdiyi "Yupiter" markalı motosikletlə Bakı şəhər sakini V.Osmanovun idarə etdiyi "Hyundai" markalı avtomobil toqquşub.

Nəticədə Ə.Ağakişiyev hadisə yerində ölüb.

Qusar RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/765103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR