Tbilisidə Bülbülün xatirəsi anılıb

Tbilisidə Bülbülün xatirəsi anılıb
13:17 22 İyun 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın opera müğənnisi, peşəkar vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbülün xatirəsi anılıb.
“Report”un yerli bürosu xəbər verir ki, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi təşkil etdiyi anım tədbiri Bülbülün anadan olmasının 122-ci ildönümünə həsr olunub.
Mərasim iştirakçıları Bülbülün muzeyin yaxınlığında yerləşən büstünü ziyarət ediblər və önünə əklil qoyublar.
Muzeydə davam etdirilən tədbirdə gənc musiqiçilər Ramin və Rasim Pirməmmədov qardaşları tar və pianoda Azərbaycanın milli musiqi və mahnılarından parçalar səsləndiriblər.  





Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/tbiliside-bulbulun-xatiresi-anilib-4

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR