Leyla Əliyeva "Minsk 2019" II Avropa Oyunlarına qatılan Azərbaycan nümayəndə heyəti ilə görüşüb

Leyla Əliyeva "Minsk 2019" II Avropa Oyunlarına qatılan Azərbaycan nümayəndə heyəti ilə görüşüb
14:07 22 İyun 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Minsk 2019" II Avropa Oyunlarına qatılan Azərbaycan nümayəndə heyəti ilə görüşüb.
"Report"un Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, görüş Atletlər Kəndində gerçəkləşib. İdmançılarla səmimi söhbət edən L.Əliyeva onlara Avropa Oyunlarında uğurlar arzulayıb. 
Atletlər Kəndinin meri, Belarus təhsil nazirinin müavini Sergey Rudıy idmançıların yerləşdirilməsi, yaradılmış şərait barədə danışıb, azərbaycanlı mütəxəssislərin də xidmətindən istifadə olunduğunu vurğulayıb. 
Görüşdə Azərbaycan baş nazirinin I müavini Yaqub Eyyubov, Milli Məclisin sədri Oqtay Əsədov, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər iştirak edib.


Xəbərin orijinal ünvanı: https://report.az/avropa-oyunlari/leyla-eliyeva-minsk-2019-ii-avropa-oyunlarina-qatilan-azerbaycan-numayende-heyeti-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR